Əsas məzmuna keç
DevScallix

Haqqımızda

Proqramlaşdırmanı real mühəndislik kimi öyrədirik.

DevScallix production sistemlər quran mühəndisin təcrübəsi üzərində qurulur. Burada sintaksis başlanğıcdır, məqsəd yox.

Niyə

Niyə

Kurs bitirmək hələ mühəndis olmaq demək deyil.

Bir çox tələbə kursu sintaksisi bilərək bitirir, amma komandada işləməkdə çətinlik çəkir: tələbi anlamaq, Pull Request açmaq, review qəbul etmək, test yazmaq, qərarı izah etmək.

Junior-dan sonra yol çox vaxt görünmür.

Bir çox developer illərlə eyni səviyyədə qalır, çünki koddan system design və arxitekturaya doğru aydın, praktik yol yoxdur. Biz bu yolu addım-addım qururuq — ilk addım Java Backend Career Track-dir.

Rusif Budagov

Təsisçi və aparıcı müəllim · Solution Architect

Hekayə

Java developerdən Solution Architect-ə.

Rusif karyerasına Java developer kimi başlayıb. Sonrakı 12+ ildə senior mühəndis, texniki lider və Solution Architect kimi bank, ödəniş, rəqəmsal kreditləşmə və telekom sistemləri üzərində işləyib.

Onun təcrübəsi yüksək etibarlılıq tələb edən sahələrdə formalaşıb. Belə sistemlərdə səhvin qiyməti yüksəkdir: hər qərar tələblərə, risklərə və uzunmüddətli dəstəyə görə əsaslandırılmalıdır.

Bakıda formalaşan təcrübəsini EPAM-da işləyərkən Málagaya, oradan da beynəlxalq və remote komandalara aparıb — işin Pull Request-lər, yazılı rəy və aydın sənədləşdirmə ilə getdiyi mühitlərə.

Rusifin yolu

  1. Java Developer

    Siz buradan başlayırsınız

  2. Senior Engineer

  3. Technical Lead

  4. Solution Architect

Təcrübədən metoda

Hər tədris qaydasının arxasında real səbəb var.

Proqramdakı tələblər təsadüfi deyil. Onlar production sistemlərdə öyrənilmiş dərslərdir.

  1. 01

    Ödənişlərdə kiçik səhv real pula təsir edir.

    Ona görə code review, düzgünlük və testlər proqramın əlavəsi deyil, özəyidir.

  2. 02

    Bank sistemləri illərlə yaşayır və onları başqaları dəyişir.

    Ona görə oxunaqlı kod yazmağı və qərarları yazılı izah etməyi öyrədirik.

  3. 03

    Beynəlxalq komandalarda iş Pull Request və yazılı rəylə gedir.

    Ona görə hər tapşırıq PR kimi təhvil verilir və terminlər ingiliscə saxlanılır.

  4. 04

    Arxitekturada tək düzgün cavab olmur — trade-off olur.

    Ona görə tələbələr qərarlarını müdafiə edir, sadəcə “işləyir” demir.

Sahələr və sistemlər

Harada işləyib

  • Ödəniş platformaları
  • Bankçılıq
  • Rəqəmsal kreditləşmə
  • Open banking
  • Telekom
  • Korporativ inteqrasiya

Seçilmiş sistemlər

  • Rəqəmsal kreditləşmə platformaları
  • Korporativ ödəniş emalı
  • Open banking sistemləri
  • Core banking sistemlərinin yenidən qurulması
  • Kafka əsaslı event-driven sistemlər
  • CQRS və Event Sourcing
  • ISO 8583 inteqrasiyaları

Texnologiyalar və yanaşmalar

Java / Spring · Software architecture · Distributed systems · Microservices · Event-driven systems · Kafka · Cloud-native · AWS · Kubernetes · Technical leadership

Beynəlxalq təcrübə

Bakıdan beynəlxalq komandalara.

Rusifin karyerası Azərbaycanda bank və ödəniş sistemlərində formalaşıb. EPAM-da işləyərkən Málagaya köçüb, beynəlxalq və remote komandalarda çalışıb. Tələbələr bu standartlarla işləməyi öyrənir.

Yer

  1. Bakı

    Azərbaycan

    Karyeranın başladığı yer

  2. Málaga

    İspaniya

    EPAM ilə relokasiya

  3. Beynəlxalq

    remote komandalar

    Fərqli ölkələrdən komanda və müştərilər

Şirkətlər

Azərbaycan

  • GoldenPay
  • Expressbank
  • Bank Respublika
  • Unibank
  • ABB Innovation
  • Payriff

Beynəlxalq

  • EPAM SystemsMálagaya relokasiya
  • Intellias
  • Zazmic
  • BanficoBöyük Britaniya
  • KodlyPortuqaliya · remote
  • Stark Network

Seçilmiş müştəri layihələri

  • Telefónica Germany

    Intellias vasitəsilə · Tech Mahindra ilə birlikdə · Almaniya

  • Raiffeisen Bank

    Zazmic vasitəsilə

  • Deutsche Telekom / T-Systems

    Stark Network vasitəsilə · Almaniya

Bazarlar

  • Azərbaycanyaşayıb işləyib
  • İspaniyayaşayıb işləyib
  • Böyük Britaniyaşirkət: Banfico
  • Portuqaliyaşirkət: Kodly · remote
  • Almaniyamüştəri layihələri
  • Yaşayıb işləyib
  • Şirkət
  • Müştəri layihəsi

Şirkət və müştəri adları Rusifin peşəkar təcrübəsini təsvir edir və həmin şirkətlərin DevScallix-i dəstəklədiyi və ya onunla tərəfdaş olduğu anlamına gəlmir.

Təhsil və sertifikatlar

Təhsil və sertifikatlar

  • Kompüter elmləri üzrə bakalavr — Bakı Dövlət Universiteti
  • AWS Certified Solutions Architect – Associate
  • Oracle Certified Associate, Java SE 8 Programmer
  • Lightbend Reactive Architecture — sertifikatlar və təlim

Prinsiplər

Necə işləyirik

  • Dürüstlük

    Saxta rəylər, uydurma statistika və iş zəmanəti yoxdur. Hələ qərar verilməyən şeyi açıq deyirik.

  • Praktika əsasdır

    Hər mövzu kodla, review ilə və izahla bitir.

  • Görünən irəliləyiş

    Nə qurduğunuz və necə yaxşılaşdığınız Pull Request tarixçənizdə görünür.

  • Uzun baxış

    Bir kursla bitmir: karyeranın növbəti addımlarını da düşünürük.

Learn. Build. Scale.

İlk Java Backend qrupuna müraciət edin.

İlk qrup kiçik olacaq və dərsləri təsisçi aparacaq. Müraciət etmək ödəniş öhdəliyi yaratmır.